BƏƏ-də güclü yağış: Uçuşlar ləğv edildi

16:48 - 16 Aprel 2024

BƏƏ-də güclü yağış: Uçuşlar ləğv edildi

Birləşmiş Ərəb Əmirliklərində leysan yağışlar paytaxt Abu Dabi və Dubay şəhərləri başda olmaqla müxtəlif bölgələrdə həyata mənfi təsir edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi agentliyi olan WAM-da xəbər dərc olunub.

Yağış səbəbindən daşqınlar baş verərkən, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan Fly Dubai əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.

Digər tərəfdən, BƏƏ Futbol Federasiyası bu gün keçiriləcək bütün yerli futbol matçlarının təxirə salındığını və matçların yeni tarixinin daha sonra müəyyən ediləcəyini açıqlayıb.

Bildirilib ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışlar çərşənbə axşamı günorta saatlarına qədər davam edəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin