Tanınmış Əməkdar jurnalist vəfat etdi - FOTO
30 Aprel 2024
08:00 - 17 Aprel 2024
Qarabağ və Şərqi Zəngəzurda məscid və dini abidələrimizə xüsusi diqqət göstərilir.
Manset.az xəbər verir ki, azad olunan ərazilərimizdə 400-dən çox tarixi dini abidələrimiz var ki, onlardan da 67-si məscidlərdir.
Ermənilər işğal dövründə məscidlərimizə, dini abidələrimizə ziyan vurub, bəzilərini yer üzündən siliblər. Şuşada üç, Füzulidə iki, Cəbrayılda və Qubadlıda bir məscid, Ağdərədə isə bir məbəd tamamilə dağıdılıb.
Ermənilər tərəfindən alban xristianlıq dövrü abidələrinə dəyən ziyan da az deyil.
Hazırda dini abidələrə dəyən ziyanları hesablamaqla bərabər onların bərpası da aparılır. Bundan başqa ərazidə yeni məscidlər də tikilir.
Ətraflı İctimai TV-nin süjetini təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin