Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist: Utanmıram!

22:50 - 16 Aprel 2024

Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist: Utanmıram!

Amerikada həmcinsi ilə nişanlanan azərbaycanlı telejurnalist Natiq Nailəoğlu bu barədə xəbərlərin yayılmasından sonra təhdid və təhqirlərə məruz qaldığını bildirib.

 

Manset.az  xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

"Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. “Çıx yalandır de” yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd səhifəm “private”dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə yox!", - o qeyd edib.

Jurnalist istədiyi həyatı yaşadığını bildirib:

"Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili bəzən də üçlü “şəxsiyyət”i oynayaq? yaşayaq? “Ətraf nə deyər?” , “tez-bazar bir qızla evlən” qoy desinlər kişi’dir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz… Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə “mən nə istəyirəm” sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!".

Qeyd edək ki, Natiq Nailəoğlu əcnəbi əmlak agenti, 34 yaşlı Endryu Kordner ilə səmimi şəklini “Nişanlımla” statusu yazaraq ürək işarəsi ilə paylaşıb.

Azərbaycanlı telejurnalistin bu paylaşımına onun sosial şəbəkə dostları “Allah xoşbəxt eləsin!”, “Təbrik edirəm, xoşbəxt günlər yaşayın” kimi şərhlər yazıblar.

Qeyd edək ki, Natiq Nailəoğlu uzun müddət Azərbaycanda müxtəlif telekanalların əməkdaşı olub.

Belə ki, o, əvvəlcə ANS TV-də "Xəbərçi" proqramının aparıcısı olub, 2016-cı ildə bu kanalın fəaliyyəti dayandırıldıqdan sonra ARB TV-də işləməyə başlayıb.

2017-ci ildə ARB TV-də “Həftənin ardınca”, "Türk şou maqazin" verilişlərinə aparıcılıq edib.

2018-ci ildə “Real” TV fəaliyyətə başlayanda Natiq Nailəoğlu da bu telekanala keçib. O, 2022-ci ilə kimi “Real” TV-nin Türkiyə, daha sonra Amerika bürosunda çalışıb.

Natiq Nailəoğlu Türkiyədə yaşayarkən bir müddət APA TV internet televiziyası ilə də əməkdaşlıq edib.

2022-ci ildə sonra ABŞ-da yaşamağa davam edən N.Nailəoğlu Türkiyənin məşhur xəbər agentliyi İHA-ya (İhlas Haber Ajansı) keçdiyi barədə məlumat yayıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin