Ayaqlarını buz və duzla dolu vedrədə saxlayan fenomen artıq yeriyə bilmir - FOTO

10:38 - 17 Aprel 2024

Ayaqlarını buz və duzla dolu vedrədə saxlayan fenomen artıq yeriyə bilmir - FOTO

İnstaqramda 2 milyon izləyicisi olan braziliyalı fenomen MC Thammy (Thammy Karoline) ayaqlarını buz və duzla dolu vedrədə 15 dəqiqə saxladıqdan sonra birinci və ikinci dərəcəli yanıqlar alıb və yeriyə bilməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o, əvvəlcə klinikada müalicə görsə də, ayaqlarındakı şiddətli ağrılar davam etdikdən sonra xəstəxanaya müraciət edib.

Vəziyyətinin ağır olduğunu bildirən fenomen, "Ayağım çox şişməyə başladı. Oradan çıxıb xəstəxanaya getdim, həkim tromboz riski olduğunu, digəri isə bir dəqiqə daha qalsaydım barmaqlarım nekroz ola bilərdi" deyib.

Sağalma zəmanəti olmayan fenomen ayaq üstə dura bilmədiyi üçün evdə anasının köməyi ilə ehtiyaclarını ödəyir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin