“R-travel&Tours ” Azərbaycan şirkətinin dəstəyi ilə Əmmanda turizm sərgisi keçirildi – FOTOLAR

21:05 - 25 Aprel 2024

“R-travel&Tours ” Azərbaycan şirkətinin dəstəyi ilə Əmmanda turizm sərgisi keçirildi – FOTOLAR

Aprelin 24-də İordaniyanın paytaxtı Əmmanda İordaniya Mədəniyyət Nazirliyinin və  İordaniya turizm bürosunun təskilatlığı , “R-travel&Tours” Azərbaycan şirkətinin dəstəyi ilə ilə “Fairmont”  hotelində turizm sərgisi keçirildi.

 

Manset.az Yenicag.az-a istinadən xəbər verir ki, sərgini giriş sözü ilə açan, tədbirin təşkilatçısı İordaniya turizm bürosunun marketinq departamentinin rəhbəri Majd Abu Arqub bu sərginin İordaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə böyük dəstək verəcəyini bildirib. Daha sonra çıxış edən İordaniya turizm bürosunun əməkdaşı Ahmad Alhmoud da bu sərginin turizm potensialının gücləndirilməsi yolunda vacib addım adlandırıb.

Sərgidə Azərbaycanı 5 turizm şirkəti təmsil edib. İordaniyanın çoxsaylı turizm şirkəti bu sərgidə iştirak edib. Sərgidə o da qeyd edilib ki, yaxın zamanda Əmmandan Bakıya birbaşa təyyarə relslərin açılması gözlənilir. Birbaşa təyyarə relslərinin açılması İordaniya və Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsinə şərait yaradacaq.



Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin