Məhkumların qaçmaq üçün qazdığı tunelin sonu polis idarəsinə çıxdı - VİDEO

13:26 - 26 Aprel 2024

Məhkumların qaçmaq üçün qazdığı tunelin sonu polis idarəsinə çıxdı - VİDEO

Venesuelada filmlərə mövzu olacaq hadisə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədəki həbsxanada müxtəlif cinayətlərə görə həbs olunan 30 məhbus qaçmaq üçün təşkilatlanıb il yarım səbirlə tunel qazıblar.

Lakin məhkumların nəzərə almadıqları bir hadisə baş verib.

Onların qazdıqları tunelin sonu polis bölməsinə gətirib çıxarıb.

Məhkumlar və polis məmurları qarşılaşdıqları mənzərədən təəccübləniblər. Həmin anlar kameraya belə düşüb.

30 məhbus yenidən həbsxanaya göndərilib.

Əfsanə Rəcəb

Manşet.az  



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin