Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
15:49 - 6 May 2024
Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə etməsinə reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts məsələ ilə bağlı açıqlama verib.
Beyts açıqlamasında, “Prezident Bayden zorakılıq cinayətlərində son 50 ilin ən böyük azalmasını nümayiş etdirən bir yanaşma ilə Amerika xalqını ortaq demokratik dəyərlərimiz və qanunun aliliyi ətrafında birləşdirib” deyib.
Qeyd edək ki, Tramp ona qarşı iddiaların Bayden administrasiyası tərəfindən planlaşdırıldığını iddia edərək, "Bu insanlar Gestapo hökuməti idarə edir və əllərində olan tək şey budur. Onlara görə, qazana biləcəkləri tək yol budur və əslində onları öldürür. Amma bu məni narahat etmir” deyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin