Sülhməramlıların Qarabağdan tam çıxacağı TARİX AÇIQLANDI

19:12 - 26 Aprel 2024

Sülhməramlıların Qarabağdan tam çıxacağı TARİX AÇIQLANDI

Rusiyanın sülhməramlı kontingentinin demək olar ki, hamısı artıq Qarabağı tərk edib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib.

Məlumata görə, yerdə qalanlar sülhməramlılar mayın sonuna kimi yola düşməlidir.

Bildirilir ki, rusların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyor (BTR82A) və 380 texnika artıq Azərbaycan ərazisini tərk edib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin