Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
17:59 - 21 May 2024
Yunanıstanda məmurlar, dövlət qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə 24 saatlıq tətilə başlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədə yaşayış bahalığına diqqət çəkən ADEDY dövlət qulluqçularının iqtisadi şəraitinin yaxşılaşdırılmasını tələb edib.
ADEDY-nin çağırışı ilə Yunanıstanın paytaxtı Afinada Maliyyə Nazirliyinin qarşısına toplaşan dövlət qulluqçuları etiraz aksiyası keçiriblər.
Fəallar dövlət qulluqçularının maaşlarının artırılmasını, vergidən azad edilən gəlirlərin həcminin artırılmasını və dövlət qulluqçularının sayının artırılmasını tələb ediblər.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin