Ceyhun Bayramov və Əli Əsədov Rəisinin vida mərasimində iştirak etdi - YENİLƏNDİ (FOTOLAR+VİDEO)

19:25 - 22 May 2024

Ceyhun Bayramov və Əli Əsədov Rəisinin vida mərasimində iştirak etdi - YENİLƏNDİ (FOTOLAR+VİDEO)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə, dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən digər yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib.

 

Bu barədə Manset.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Ağır faciə nəticəsində həlak olan mərhumların cənazələri önünə əklil qoyulub, İran İslam Respublikasının rəsmilərinə başsağlığı verilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir

***17:29

Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti helikopter qəzasında faciəli surətdə həlak olan İran rəsmilərinin Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edib.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.

 




***

Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

***

Mayın 22-də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Bu barədə Manset.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin