“ABŞ Fələstin dövlətinin birtərəfli tanınmasına qarşıdır” - Ağ Ev

10:32 - 23 May 2024

“ABŞ Fələstin dövlətinin birtərəfli tanınmasına qarşıdır” - Ağ Ev

ABŞ Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ağ Evdən verilən açıqlamada, "ABŞ Fələstin dövlətinin birtərəfli tanınmasının əleyhinədir” ifadələrdən istifadə olunub.

Qeyd edək ki, Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıblar. Qərar elan edildikdən sonra İsrail hökuməti də Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb.

Son həftələrdə bir çox Avropa Birliyi ölkələri bölgədə daimi sülh üçün iki dövlətli həllin vacib olduğunu müdafiə edərək, tanımağa qərar verəcəklərini bəyan ediblər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin