Yaponiyada qorxulu qəza: 2 sərnişin təyyarəsi toqquşdu

17:23 - 23 May 2024

Yaponiyada qorxulu qəza: 2 sərnişin təyyarəsi toqquşdu

Yaponiya Hava Yollarına (JAL) məxsus iki sərnişin təyyarəsi toqquşub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aviaşirkətdən verilən açıqlamada, göyərtəsində 328 sərnişin və ekipaj üzvü olan 503 nömrəli reysi Tokio Hanedada aprondan çıxarkən qanad hissəsindən aprona girmək üzrə olan boş təyyarə ilə toqquşub.

Yerli vaxtla səhər saat 07:30 radələrində baş verən qəzada xəsarət alan olmasa da, Hokkaydo əyalətinin Yeni Çitose hava limanı üçün planlaşdırılan 503 saylı reysin ləğv edildiyi bildirilib.

Qeyd edilib ki, qəzaya düşən 2 Airbus A350-900 tipli təyyarəyə maddi ziyan dəyib.

Açıqlamada hadisə ilə bağlı ətraflı araşdırmaya başlanıldığı da bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin