“İmtahan”ın ulduzu ərindən boşandı

00:40 - 28 May 2024

“İmtahan”ın ulduzu ərindən boşandı

"İmtahan" serialı ilə məşhurlaşan aktrisa Üzel Kərimova həyat yoldaşından boşanıb.

 

Manset.az  bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ailə qurduğu türk vətəndaşı Muhammed Talha Güneridən rəsmi olaraq bu gün ayrılıb.

Nizami Rayon Məhkəməsində hakim Starə Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər iştirak etməyib.

Qeyd edək ki, cütlük üç ildir ayrılsalar da, rəsmi boşanma baş tutmamışdı. Talha illərdir ABŞ-də yaşayır, Üzel isə fəaliyyətini Azərbaycanda davam etdirir. Onlar 2018-ci ilin sentyabrında evlənmişdilər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin