Lənkəranda 67 yaşlı piyadanı maşın vurdu

15:56 - 5 İyun 2024

Lənkəranda 67 yaşlı piyadanı maşın vurdu

Lənkəran rayonunun “Şiləvar dörd yolu” deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub. Baş nahiyyəsindən xəsarət alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin