Nazim Hüseynov və onun müavini Aydın Hüseynov işdən çıxarıldı

14:03 - 10 İyun 2024

Nazim Hüseynov və onun müavini Aydın Hüseynov işdən çıxarıldı

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki,  hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin