Azərbaycanda pensiyaçıların yaş həddi ilə bağlı VACİB XƏBƏR

15:50 - 11 İyun 2024

Azərbaycanda pensiyaçıların yaş həddi ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir. Ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

 

Manset.az News24.az-a istinadən xəbər verir ki, "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Pensiya almaq hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmaqla (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) şərtləndirilir. Pensiya yalnız qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda təyin edilir.

Bəs kişilərin və qadınların yaşa görə pensiyaya çıxması qanunu necə tənzimlənir?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kişilərin 65, qadınların isə 53 yaşa çatdırılması ilə bağlı qərar qəbul olunub:

“Qəbul olunan qanuna əsasən hər il 6 ay olmaq şərtilə qadınlarda və kişilərdə təqaüd yaşı artırılır. Bu qanuna görə, təqaüd yaşı kişilərdə 65, qadınlarda isə 63 yaşa çatdırılmalıdır. Buna görə də hər il pensiya yaşının avtomatik 6 ay artırılması baş verir. Əslində bizdə təqaüd yaşının özü ilə ciddi müzakirələrə ehtiyac olsa da, əsas məsələ heç o da deyil. Bizdə bəzən dövlət, hökumət idarələrində işləyən vətəndaşların təqaüdə çıxmaqda maraqları olmur. Çünki maaşları daha çoxdur, təqaüdlər isə daha azdır. İlk həll olunmalı məsələ təqaüdlərin özünün həcminin artırılması olmalıdır”.

İqtisadçının sözlərinə görə, pensiyanın məbləği yüksək olmalıdır ki, insanlar daha tez yaşda təqaüdə çıxmağa can atsınlar: “Bizdə çox az kateqoriyada insanlar var ki, onlar yüküək əməkhaqqı olan dövlət işlərində çalışırlar. Neft sahəsində işləyənlər, çox yüksək maaşlı dövlət qulluqçuları var ki, onlar pensiyanın yığım hissəsini çox yüksək həddə qədər artırıb daha tez çıxmaq istəyirlər. Bizdə hazırda 43 min 200 manat pensiyanın yığım hissəsi var ki, bunu doldurduqdan sonra normal pensiya almaq mümkündür”.

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda ilk öncə yaş deyil, təqaüdün özü həll olunmalıdır və bu məbləğ artırılmalıdır. Daha sonra isə təqaüd yaşları ilə bağlı ciddi bir müzakirə yaratmaq olar.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin