AFFA bu məşqçiləri ömürlük futboldan uzaqlaşdırdı

21:58 - 14 İyun 2024

AFFA bu məşqçiləri  ömürlük futboldan uzaqlaşdırdı

Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, I Liqada "İrəvan" klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bundan əlavə, "Azərbaycan Qartalları" uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin