Ermənistan Rusiyadakı səfirini geri çağıracaq

13:52 - 13 İyul 2024

Ermənistan Rusiyadakı səfirini geri çağıracaq

Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.


Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə iddia ilə “Johovurd” qəzeti çıxış edib.

Nəşrin əldə etdiyi məlumata görə, onu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan əvəzləyəcək:

“Parlamentin iyulun 12-də keçirilən iclası Q. Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək”.

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən Ermənistanda səfir postuna namizədi Prezident Baş nazirin təklifi ilə vəzifəyə təyin edir və ya geri çağırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az