Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elan edib.
Manset.az xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq.
Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.
Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi - 30000 manat (icra müddəti 6 ayadək) olacaq.
Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi - 50000 manat (icra müddəti 6 ayadək) olacaq.
Müsabiqədə iştirak üçün tələblər:
Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə).
Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;
- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində)
- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri);
- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz;
- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;
- Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.
Müsabiqədə üstünlük verilən meyarlar:
- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
Ətraflı
- Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
- layihə təklifi (nümunə əlavə olunur - orta, böyük qrantlar üzrə, məntiqi çərçivə);
- layihənin icra planı (nümunə əlavə olunur);
- layihənin xərclər smetası (nümunə əlavə olunur);
- layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur);
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
- QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə);
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə);
- Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar;
- Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
- Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur);
- Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
- Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri.
QHT-lər üçün 50 min manatlıq qrant müsabiqəsi elan edildi
12:50 - 15 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
28 Sentyabr 2026 - 13:32
Əvəz Zeynallı vəfat etdi
28 Sentyabr 2026 - 10:40
Blackrock/GIP - Azərbaycan əməkdaşlığı: Azərbaycan qlobal infrastruktur kapitalı ilə uzunmüddətli platforma qurur
28 Sentyabr 2026 - 11:45
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq
28 Sentyabr 2026 - 14:39
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı - FOTO
28 Sentyabr 2026 - 17:55
Bu ərazilərdə su olmayacaq
28 Sentyabr 2026 - 18:33
Prezident 3 rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
28 Sentyabr 2026 - 15:30
Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu - Nazir müavini TƏYİN EDİLDİ
28 Sentyabr 2026 - 14:24
Qənirə Paşayeva nazirə zəng etdi və... - Əli Vəliyev yazır
28 Sentyabr 2026 - 17:30
Əvəz Zeynallının dəfn yeri açıqlandı
28 Sentyabr 2026 - 13:18
Sabah Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
28 Sentyabr 2026 - 09:32
Bu ərazidə ev və torpaqlar bahalaşa bilər - Səbəb AÇIQLANDI
ADU mötəbər tədbirə ev sahibliyi edəcək - FOTO
Xəbər xətti
- 29 Sentyabr 2026
- 00:30 “Barselona”nın zədəli futbolçusundan xəbər var
- 28 Sentyabr 2026
- 23:53 İcra başçısı məmuru qəbiristanlıqda danladı - VİDEO
- 23:48 16 marşrutun hərəkət sxemi dəyişir - Bu avtobus pulsuz olacaq
- 23:31 Bu ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:14 Akif Aşırlıya AĞIR İTKİ
- 22:54 Heyvan dişləyibsə, vaxt itirməyin - Həkimdən VACİB ÇAĞIRIŞ
- 22:44 Sabirabadda maşın qadını vurub öldürdü
- 22:18 FTB-nin direktor müavini istefa verdi
- 22:17 Türkiyə İtaliyaya qarşı - Start heyətlər
- 21:53 37 yaşlı yeni başçının DOSYESİ
- 21:34 Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşdü - FOTOLAR
- 21:12 "Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır" - Axios
- 20:49 Qaradağın yeni icra başçısı kimdir? - DOSYE
- 20:33 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi
- 20:14 Rusiyada pirotexnika zavodunda yanğın - 5 nəfər öldü
- 19:52 Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE
- 19:32 Hasil Abbasov şöbə müdirini işdən çıxardı
- 19:15 Pakistanda 20 yaşlı azərbaycanlı qızın başına iş gəlib
- 18:49 Hazırda 13 yolda tıxac var - SİYAHI
- 18:33 Prezident 3 rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
- 18:27 Şuşada mina partlayışı baş verdi
- 18:14 "Azərbaycan qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır" - Deputat
- 17:55 Bu ərazilərdə su olmayacaq
- 17:50 Hindistanda universitetdə cinsi zorakılıq iddiası etirazlara səbəb oldu
- 17:45 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...
- 17:39 Alman kəşfiyyatı Rusiyanın Berlindəki səfirliyinə nəzarəti gücləndirdi
- 17:38 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
- 17:33 Türkiyədə məktəbdə DƏHŞƏT - Müəllimə silahlı hücum edildi
- 17:30 Əvəz Zeynallının dəfn yeri açıqlandı
- 17:21 "Avropanın müdafiə imkanlarında böyük boşluqlar var" - Kallas
- 17:16 Putin Baş nazirin müavinini vəzifədən azad etdi
- 17:05 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
- 16:55 Eboladan ölənlərin sayı durmadan artır - 3901 nəfərə çatdı
- 16:53 Maşınla yeniyetməni vurub öldürdü
- 16:43 Dəhşətli sel sonrası 700 min nəfər zərər çəkdi
- 16:35 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı
- 16:28 200 il sonra edam qərarı verildi
- 16:27 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:20 Səudiyyə Ərəbistanının iki bölgəsində təhlükə xəbərdarlığı
- 16:18 Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...
- 16:10 Süni intellekt agentləri ABŞ sistemlərinə kiberhücum etdi
- 16:00 23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - VİDEO
- 15:53 Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
- 15:40 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
- 15:30 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu - Nazir müavini TƏYİN EDİLDİ
- 15:22 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralandı
- 15:14 Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
- 15:02 Ağsuda dağlıq ərazidə yanğın - VİDEO
- 14:47 “Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir” - Kamaləddin Qafarov
- 14:40 İslamda süni mayalanmaya baxış: Günahdır? - AÇIQLAMA
- 14:39 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı - FOTO