“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
13 Oktyabr 2024
09:52 - 3 Avqust 2024
Xəzərdə suyun səviyyəsində baş verən dəyişmələr dənizdə batma hadisələrinin çoxalmasının səbəblərindən biridir.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev deyib.
O bildirib ki, dənizdə suyun səviyyəsinin çəkilməsi, xüsusilə, sahil zonalarda qayaların, bataqlıqların üzə çıxmasına səbəb olur.
Onun sözlərinə görə, suyun azalması nəticəsində üzə çıxan dəniz dibi daşlarının arasında burulğanlar yaranır.
Əmir Əliyev onu da qeyd edib ki, əgər sahil dayazdırsa, orada maneələr, daşlar, dərin yerlər varsa, dalğalar özünü daha çox büruzə verir. Bu baxımdan qayalara tərəf getmək daha təhlükəlidir.
Daha ətraflı videomaterialda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin