Türkiyə ilə İraq arasında "Hərbi Anlaşma Memorandumu" imzalandı

11:34 - 16 Avqust 2024

Türkiyə ilə İraq arasında

Türkiyə və İraqın müdafiə nazirləri arasında “Hərbi təhlükəsizlik əməkdaşlığı və terrorla mübarizə üzrə Anlaşma Memorandumu” imzalanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, avqustun 15-də  Ankarada keçirilən Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin 4-cü iclasından sonra xarici işlər naziri Hakan Fidan iki ölkənin müdafiə nazirləri arasında “Hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə Anlaşma Memorandumu”nun imzalandığını açıqlayıb. 

Xarici işlər naziri Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə keçirdiyi mətbuat konfransında anlaşma memorandumunun imzalanmasını “tarixi inkişaf” kimi qiymətləndirib.

İraq baş nazirinin müavini və xarici işlər naziri Hüseyn imzalanan sazişlə bağlı "Bu, iki ölkənin tarixində ilk anlaşma memorandumudur" , - deyə qeyd edib. 

Qeyd edək ki, ötən il Türkiyə ilə İraqın təhlükəsizlik məsələlərinə dair yüksək səviyyəli danışıqlar aparmaq qərarına gəlməsindən və prezident Rəcəb Tayyib Ərdoğanın apreldə Bağdada səfərindən sonra iki ölkə arasında münasibətlər yaxşılaşmağa davam edir.

Bu səfər zamanı Ərdoğan münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin