İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİR
8 Oktyabr 2024
08:41 - 10 Sentyabr 2024
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın uşaqların təhsilə çıxış imkanları ilə bağlı hesabat verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hesabatda qaçqınları qəbul edən 65 ölkənin məlumatlarına istinad edilib:
“Məlumatlar göstərir ki, təqribən 7,2 milyon qaçqın uşaq etibarsızlıq, inklüziv təhsil siyasətinin olmaması, imkan məhdudiyyətləri və dil maneələri, gənclərin gələcək rifahını riskə atmaq və onlara öz potensiallarını göstərmək şansını verməkdən məhrum olmaq kimi amillər səbəbindən təhsildən məhrumdur".
2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbiylə 600 mindən çox köçkün ukraynalı uşaq və gəncin məktəbdən uzaq qaldığı bildirilən hesabatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin də fikirləri yer alıb:
"Təhsil hamı üçün əmək bazarına daha geniş çıxış qapıları açır, qaçqınlara pul qazanmağa və ailələrini dolandırmaq imkanı verir. 2030-cu ilə yaxınlaşdıqca, gəlin uşaqların və gənclərin öyrənmə hüququna sadiqliyimizi bir daha təsdiq edək".
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin