6 yaşında itkin düşdü - 73 il sonra ailəsinə qovuşdu

15:17 - 24 Sentyabr 2024

6 yaşında itkin düşdü - 73 il sonra ailəsinə qovuşdu

ABŞ-nin Kaliforniya ştatında 6 yaşında ikən qaçırılan Luis Armando Albino 73 il sonra qardaşı oğlunun internetdə etdiyi DNT testi sayəsində tapılıb .

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

21 fevral 1951-ci ildə bir qadın 6 yaşlı Luis Armando Albinonu böyük qardaşı ilə oynadığı "West Oakland" parkından oğurlamışdı. Uzun müddət Albinodan xəbər çıxmayıb, lakin ailəsi onu həmişə axtarıb. Yaxınları qeyd edir ki, Albinonun 2005-ci ildə dünyasını dəyişən anası oğlunun sağ qalacağına ümidini heç vaxt itirməyib. 

70 ildən artıqdır ki, xəbər alınmayan Albinonun ailəsi onu axtarmağı heç vaxt dayandırmayıb. Ailəsi onu 73 ildən sonra onlayn DNT testi, köhnə fotoşəkillər və qəzet məqalələri vasitəsilə tapıb.

Belə ki, Albinonun 63 yaşlı qardaşı qızı Alida Alequin, əmisinin hələ də sağ ola biləcəyini düşünüb və 2020-ci ildə araşdırmalara başlayıb. Lakin həmin vaxt aparılan araşdırmalar zamanı əmisini tapa bilməyib. 2024-cü ilin əvvəlində yenidən axtarışlara başlayan Alekin araşdırma nəticəsində Albinonun yerini tapıb. Albino mediaya açıqlama vermək istəməsə də, Kaliforniya prokurorluğu bu haqda açıqlama verib.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

2 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin