Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı konsert, tədbir və təqdimatlarla davam edir.
Manset.az xəbər verir ki, sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar.
İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva tərəfindən guşənin açılışını bildirən rəmzi lent kəsilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi" haqqında məlumat verib. Qeyd edib ki, guşədə Azərbaycanın bugünkü uğurlarına dair, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə, ölkəmizin müasir inkişafına dair nəşrlər, eyni zamanda tariximiz mədəniyyət və ədəbiyyatımızla bağlı kitablar təqdim edilir. Daimi guşədə ümumilikdə 250-dən çox kitab nümayiş olunur.
Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında "Qazaxıstan ədəbiyyatı guşəsi" 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.
Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva Azərbaycan Milli Kitabxanası ilə 2003-cü ildən əməkdaşlıq etdiklərini söyləyib. O, bundan sonra da iki kitabxana arasında əməkdaşlıq inkişaf edəcəyini deyib.
Digər çıxış edənlər iki kitabxana arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, Qazaxıstan kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılmasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair, esseist Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim olunub.
Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və "Azərbaycan ədəbiyyatı guşəsi"ndə yer alan nəşrlərlə tanış olublar.
Qazaxıstanda “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı oldu - FOTOLAR
14:10 - 25 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Yanvar 2026 - 14:05
Bu tarixdə Bakıya sulu qar yağacaq
01 Yanvar 2026 - 21:37
Bu qanunlar artıq qüvvədədir - SİYAHI
01 Yanvar 2026 - 13:57
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO
01 Yanvar 2026 - 12:55
Gürcüstana getmək istəyənlərin nəzərinə - Yeni qanun
01 Yanvar 2026 - 16:23
Bəy tortu yerə atdı, gəlin məclisi tərk etdi - VİDEO
01 Yanvar 2026 - 17:52
Məşhur müğənninin avtomobili restorana çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
01 Yanvar 2026 - 17:34
Pensiya artımları bu tarixdən hesablanacaq - VİDEO
01 Yanvar 2026 - 14:20
Bu şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
01 Yanvar 2026 - 22:12
Bakıda məşhur restoranın administratoru qətlə yetirildi
01 Yanvar 2026 - 17:14
Ət bazarında canlanma - Qiymətlər ucuzlaşacaq?
01 Yanvar 2026 - 18:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 - 13:30
Ukraynanın gələcək prezidentinin adı AÇIQLANDI
Xəbər xətti
- 02 Yanvar 2026
- 11:59 Aeroport yolunda sürət həddi endirildi
- 11:50 "Biz Tramp administrasiyasının tam dəstəyinə malikik" - Hikmət Hacıyev
- 11:42 Yeni il günü eyvandan yıxıldı - Xəstəxanada öldü
- 11:30 Soyuq hava nə vaxtadək davam edəcək?
- 11:15 Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapıldı
- 10:59 Bu ərazilərdə su olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 10:42 Yeni ilin ilk günündə cinayət törədən 18 nəfər saxlanıldı
- 10:24 Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO
- 10:18 Polad Həşimovun doğum günüdür
- 10:06 İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verdi
- 09:59 "Qarabağ" qapıçısı ilə vidalaşır? - Dəqiqləşdi
- 09:45 Satışı qadağandır - Bəs haradan alırlar?
- 09:19 Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO
- 09:07 "İnsanlar narazıdırsa, bu, bizim günahımızdır" - İran Prezidenti
- 08:57 Azərbaycanın tanınmış telejurnalisti vəfat etdi - FOTO
- 08:00 "Qalatasaray" son qərarını verdi - Bu məbləği ödəyən Osimheni alar
- 01:00 Ac saxlanılan 2 aylıq körpə öldü
- 00:30 "Bir ildir qızım yuxu yatmır" - Xalq artisti
- 01 Yanvar 2026
- 23:55 Qızıl yenə gündəmdə - 2026-cı ildə qiymətlər necə olacaq?
- 23:36 Tovuzda göldə qadın meyiti tapıldı
- 23:15 Türkiyədə güclü qar yağdı - Məktəblər bağlandı
- 22:47 İranda güclü etirazlar - Rəisinin heykəli aşırıldı
- 22:29 Moskvaya yenidən PUA hücumu oldu
- 22:12 Bakıda məşhur restoranın administratoru qətlə yetirildi
- 21:59 "Çelsi" baş məşqçisi ilə vidalaşdı
- 21:37 Bu qanunlar artıq qüvvədədir - SİYAHI
- 21:20 "Qalatasaray"dan "Mançester Yunayted"ə 25 milyon avroluq TƏKLİF
- 21:13 Bayram günü kafedə öldü
- 20:51 Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il tədbiri - FOTOLAR
- 20:28 Azərbaycanda axtarılırdı - Monteneqroda tutuldu
- 20:12 Fişəng partladı - 1 ölü, 283 yaralı
- 20:01 Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, biri xəstəxanada
- 19:45 Rusiya-Gürcüstan quru sərhədi bağlandı - SƏBƏB
- 19:32 Yasamalda yanan binada təmir işləri nə yerdədir? - VİDEO
- 19:20 Bu ərazilərdə yollar buz bağlayacaq
- 18:59 Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi
- 18:45 Prezidentin qızları ahıl şəxslərlə Yeni il süfrəsində - FOTOLAR
- 18:32 Azərbaycan elminə AĞIR İTKİ - FOTO
- 18:24 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
- 17:59 Mir Şahin Oktyabr çevrilişinə həsr olunmuş film hazırladı - VİDEO
- 17:52 Məşhur müğənninin avtomobili restorana çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- 17:34 Pensiya artımları bu tarixdən hesablanacaq - VİDEO
- 17:26 Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - Fotolar
- 17:14 Ət bazarında canlanma - Qiymətlər ucuzlaşacaq?
- 17:08 DYP-dən sürücülərə XƏBƏRDARLIQ
- 17:00 Bu tavalar qadağan edildi - Xəstəlik yayır
- 16:42 ABŞ-da İLK - Yeni seçilmiş mer "Qurani Kərim"ə and içdi
- 16:23 Bəy tortu yerə atdı, gəlin məclisi tərk etdi - VİDEO
- 16:08 Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - FOTO
- 16:00 Zaqatalada maşınlar toqquşdu - Yaralılar var
- 15:37 “Kristal” şirkətindən yayılan iddialarla bağlı AÇIQLAMA