Yəmənin husi üsyançıları İsrailə raket və PUA ilə hücum etdiklərini bildirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Üsyançılar həmçinin Tel-Əviv və Eylat bölgələrindəki hədəflərə qarşı Jaffa və Samad 4 pilotsuz təyyarələrindən istifadə etdiklərini bildiriblər. Husilər əməliyyatların uğurla keçdiyini iddia ediblər. Onlar həmçinin İsrail Qəzza zolağı və Livana qarşı hərbi əməliyyatları dayandırana qədər hücumları davam etdirəcəklərinə söz verib.