Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
18:48 - 16 Noyabr 2024
Noyabrın 16-da COP29 çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov C4C təşəbbüsü haqqında məlumat verib. Qeyd olunub ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur.
Hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyə çalışır.
Fərid Cəfərov həmçinin gəncləri C4C təşəbbüsündə fəal rol almağa çağırıb. Bildirilib ki, iqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri təşviq etmək üçün mədəniyyətin potensialından yararlanmaq imkanımız var.
Digər çıxış edənlər C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb, onun konkret hədəfə yönəldiyini diqqətə çatdırıb, dəstəklərini bildiriblər.
Mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətinə görə ölkəmizə təşəkkür ifadə olunub.
Daha sonra təqdimat iştirakçıları C4C təşəbbüsü ilə bağlı məlumatları özündə əks etdirən videoçarxı izləyiblər.
"Newman Partnership" təşkilatının təsisçisi, tanınmış təlimçi Martin Nyuman "İqlim üçün mədəniyyət" təşəbbüsünün məqsədləri haqqında danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin