ABŞ-nin bəzi ştatlarına təsir edən qasırğalar nəticəsində ilkin məlumatlara görə 7 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran tornadolar nəticəsində 7 nəfər ölüb.
Səlahiyyətlilər elektrik xətlərinin uçmasına səbəb olan şiddətli fırtınaların bölgədəki bir çox evin elektriksiz qaldığını, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirib.
Həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışların səbəb ola biləcəyi daşqınlar barədə xəbərdarlıq edilib.