Azərbaycanda qohumu 32 yaşlı kişini güllələyib öldürdü - TƏFƏRRÜAT (VİDEO)

09:51 - 24 Yanvar 2022

Azərbaycanda qohumu 32 yaşlı kişini güllələyib öldürdü - TƏFƏRRÜAT (VİDEO)

Bərdədə iki qohum arasında düşən mübahisə qanla nəticələnib. Bərdə sakini qohumuna oldu silahla atəş açaraq qətlə yetirib.

Manset.az-ın məlumatına görə, hadisə rayonun Lənbərən kəndində baş verib.

1990-cı il təvəllüdlü İsrafil Hüseynova odlu silahdan atəş açılıb.  Hadisə zamanı iki güllə yarası alan 32 yaşlı  şəxs  Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisəni törədən Lənbəran kənd sakini Sərvan Hacıyev saxlanıb. Qətlin münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda  cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin