Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri QAYITDI

19:24 - 6 May 2022

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri QAYITDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Manşet.az-a  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - qeyd olunub.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin