Azərbaycanda həbs edilən şəxs qolu ilə boğazını kəsdi

13:24 - 7 May 2022

Azərbaycanda həbs edilən şəxs qolu ilə boğazını kəsdi

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib.

 

Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində baş verib.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmiş 29 yaşlı Səttar Fərzanlı özünə kəsici əşya ilə xəsarətlər yetirib.

Məhkəmənin qərarına etiraz edən şəxs kafel qırığı ilə qoluna və boğazına xəsarətlər yetirib. Dərhal idarəyə tibbi yardım briqadası dəvət edilib və ona tibbi yardım göstərilib.

Araşdırma aparılır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin