Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - VİDEO

15:52 - 7 May 2022

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasından gedir.

Görüntülərdən məlum olur ki, yerindən qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə, həm də ərazidəki ağaclara ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin