Qızıl çıxaran azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü - FOTO

10:49 - 8 May 2022

Qızıl çıxaran azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü - FOTO

Afrikada qızıl çıxarılması ilə məşğul olan "Arifoglu Gold" şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.

Qeyd edək ki, M.Axundov Afrika ölkələrində xəstəxana və məktəblərin tikintisi, içməli su quyularının qazılması kimi xeyriyyə işləri ilə məşğul olub.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin