Peyvənd olunanların sayı açıqlandı

21:03 - 5 Avqust 2021

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.


Xəbər xətti

15 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin