Ərdoğan və Putin Astanada görüşəcək

20:54 - 11 Oktyabr 2022

Ərdoğan və Putin Astanada görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın Astanada görüşəcəklərini təsdiqləyib.

Manset.az xəbər verir ki, Lavrov bunu “Rossiya 1” kanalının efirində bildirib.

“Artıq ilk dəfə deyil ki, tərəfdaşlarımız hansısa təşəbbüsləri ictimailəşdirirlər. Buna diqqəti cəlb edirlər, lakin sonra buna kimin necə reaksiya verəcəyinə baxmağa başlayırlar. Mənim üçün aydındır ki, əgər türkiyəli həmkarlarımız bu haqda düşünüblərsə, onların bu həftə gözəl imkanları olacaq. Putinlə Ərdoğanın Astanada görüşü zamanı onlar bizim qarşımızda bu cür məsələləri qoya bilərlər. Biz hələ ki ictimailəşdirilmiş elandan başqa heç nə eşitməmişik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin