Dünyanın ən nadir almazı rekord qiymətə satıldı - FOTO

00:29 - 12 Oktyabr 2022

Dünyanın ən nadir almazı rekord qiymətə satıldı - FOTO

 Dünyanın ən nadir almazı kimi tanınan və Kraliça II Yelizavetaya məxsus almazın şərəfinə adlandırılan Villiamson Pink Star brilyantı 20 dəqiqə ərzində rekord qiymətə alınıb.

 Manset.az xarici mediaya istinadən bildirir ki, mükəmməl olduğu bildirilən 11,15 karatlıq almaz dünən Sotheby's Honq-Konq tərəfindən hərracda 57 milyon 736 min ABŞ dollarına satılıb. Mütəxəssislər almazın satış qiymətinin 22 milyon dollar olacağını proqnozlaşdırırdılar.

11,15 karat ağırlığında və təbii olaraq brilyantlarda tapılan ən nadir rənglərdən birini daşıyan Williamson Pink Star indiyə qədər satılan ikinci ən böyük daxili qüsursuz çəhrayı almazdır", - deyə hərrac evinin məlumatında qeyd edilib.

Hərrac evi almazın kimyəvi cəhətdən ən təmiz almaz növü olan IIa tipi olduğunu və bu tip almazların ümumiyyətlə müstəsna optik şəffaflığa malik olduğunu bildirib.

Villiamson Pink Star kimi tanınan 11,15 karatlıq almaz adını daha iki böyük çəhrayı almazdan almışdır. Bu iki çəhrayı brilyantın 59,60 karatı 2017-ci ildə hərracda 71,2 milyon dollara satılıb. 

İkinci 23,60 karatlıq çəhrayı almaz 1947-ci ildə kanadalı geoloq tərəfindən Kraliça II adlandırılıb. O Elizabetə toy hədiyyəsi kimi təqdim edilib.
 



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin