NATO baş katibi Litva Prezidenti ilə növbəti sammitə hazırlığı müzakirə etdi

19:41 - 14 Oktyabr 2022

NATO baş katibi Litva Prezidenti ilə növbəti sammitə hazırlığı müzakirə etdi

NATO-nun baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanes Nauseda ilə hərbi alyasın növbəti sammitinə hazırlıqla bağlı telefon danışığı aparıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Y.Stoltenberq tviterdə yazıb.

“Litva Prezidenti ilə gələn il Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıqla bağlı səmərəli söhbət apardıq”, - o, qeyd edib.

Bundan başqa, tərəflər Rusiya ilə müharibədə Ukraynaya dəstəyin göstərilməsinin vacibliyini müzakirə edib və Belarusun bu qeyri-qanuni münaqişədə iştirakından narahatlığını ifadə ediblər.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin