Qriqoryan Aİ nümayəndələri ilə görüşdü

20:01 - 14 Oktyabr 2022

Qriqoryan Aİ nümayəndələri ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin texniki qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.

 

Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Armen Qriqoryan qiymətləndirmə missiyasının nümayəndələrinin səfərini alqışlayıb. Təhlükəsizlik Şurasının katibi İrəvanın onu bütün məsələlərdə dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Tərəflər Aİ missiyasının rolu və funksiyası ilə bağlı bir sıra məsələləri müzakirə ediblər” , - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 14-də Aİ-nin qabaqcıl müşahidəçi qrupunun Ermənistana gələcəyini bildirmişdi.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin