Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
09:16 - 4 Noyabr 2022
Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında insident baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 2-si, saat 8 radələrində qatarda sıxlıq olarkən gənc oğlan 2000-ci il təvəllüdlü Ş.Fətullayevə (şərti soyadlı) qarşı əxlaqsız hərəkətlər edib. 22 yaşlı qız həmin şəxsə irad bildirdikdə mübahisə baş verib və o, qızı yumruqla vuraraq oradan uzaqlaşıb.
Hadisədən sonra Ş.Fətullayeva qatarı tərk edərək metroda xidmət aparan polis əməkdaşlarına müraciət edib.
Ş.Fətullayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona qarşı nalayiq hərəkətlər edən şəxs təxminən 24-25 yaşında olub: “Mən ona irad bildirəndə yumruqla vurmağa başladı, dərhal polisə müraciət etdim, gedib şikayət ərizəsi yazdım. Həmçinin tibbi ekspertizadan keçdim. Hələlik həmin şəxs tutulmayıb”.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin