İmran Xana sui-qəsd edən hücumçu səbəbini AÇIQLADI

09:57 - 4 Noyabr 2022

İmran Xana sui-qəsd edən hücumçu səbəbini AÇIQLADI

Pakistanın sabiq baş naziri İmran Xana qarşı silahlı hücum edən şəxs bunu niyə etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sui-qəsdçi açıqlamasında, “İmran Xan insanları yanlış yönləndirirdi. Baxmağa dözə bilmədim və öldürmək istədim. Onu öldürmək üçün əlimdən gələni etdim. Mən sadəcə İmran Xanı öldürmək istəyirdim, başqasını yox” – deyib.

Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı hücumda ondan əlavə daha 4 nəfərin yaralandığını açıqlayıb.

70 yaşlı Xanın vəziyyətinin stabil olduğu bildirilib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin