Vaksinasiya ilə bağlı son vəziyyət

22:27 - 1 Aprel 2023

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 440 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 35, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 955 140, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 109, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 045, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 952 nəfər təşkil edir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin