Dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

11:48 - 2 Aprel 2023

Dağlıq və dağətəyi rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Aprelin 2-nə olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü: Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylarda olan vəziyyətlə bağlı daha ətraflı məlumatı meteo.az saytından əldə edə bilərsiniz.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin