Rövşanə İlkin Əhmədovu efirə buraxmadı - QALMAQAL (VİDEO)

15:25 - 11 Aprel 2023

Rövşanə İlkin Əhmədovu efirə buraxmadı - QALMAQAL (VİDEO)

"Space" telekanalında yayımlanan "Space səhər" proqramında gərgin anlar yaşanıb. 

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, verilişə dəvət edilən Əməkdar artist İlkin Əhmədov efirə gecikib.

Xanəndənin iki saat canlı yayıma gecikməsi aparıcı Rövşanə Ağasəfqızını əsəbiləşdirib. O, efirdən İlkinə səslənərək bu hərəkətini hörmətsizlik adlandırıb:

"İlkin Əhmədovu efirə qonaq dəvət etmişik, respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Səni canlı efirə dəvət etmişik, səni əziz bilmişik. Səhər saat 6-dan hamı burdadır, anonslar paylaşılıb, insanlar səni gözləyir, biz səni əziz bilmişik, Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin, zamanım yoxdur, nə çox ifaçı, efirə çıxmaq üçün ürəkləri gedir, canla-başla da gəlib iştirak edəcəkdilər. Haradasan?! Bütün komandamız səhər tezdən buradadır. Bu qədər tıxac olur? Bu hörmətsizlikdir!".

Verilişin bitməsinə 10 dəqiqə qalmış Əməkdar artist özünü efirə çatdırıb. Lakin Rövşanə onun verilişə çıxmasına icazə verməyib.

Ətraflı videoda:


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin