Nazirlikdə yüksək vəzifəyə - TƏYİNAT
15 İyun 2024
12:26 - 5 May 2023
Cümə günü Rusiyanın Jukovski Beynəlxalq Hava Limanından Moskva ilə Bakı arasında yeni reys açılıb.
Manset.az xəbər verir ki, bu barədə marşrut üzrə daşıyıcı olan “Red Wings” şirkətinin baş direktoru Yevgeni Solodilin bildirib.
“İlk uçuş 85% yüklə icra olundu, bu, yeni uçuş üçün çox yaxşı göstəricidir”, - deyə Solodilin vurğulayıb.
Yeni uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri Jukovskidən, bazar ertəsi və cümə günləri isə əks istiqamətdə həyata keçiriləcək.
Uçuşun müddəti 3 saat 30 dəqiqə olacaq, marşrut üçün 100 yerlik müasir komfortlu “SSJ100” təyyarəsi xidmət göstərir.
Aviadaşıyıcının baş direktoru Jukovskidən yeni marşrutun iki ölkə arasında turizm və biznesin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Paytaxtdan 25 km məsafədə yerləşən hava limanının özü üçün yeni istiqamət beynəlxalq nəqliyyat seqmentində ardıcıl 17-ci olub. Moskva ilə Bakı arasında hava əlaqəsinə “Aeroflot”, “UTair” və “Azərbaycan Hava Yolları”nın təyyarələri də xidmət göstərir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin