Hikmət Hacıyev Aİ-nin komitə sədri ilə görüşdü

20:56 - 6 May 2023

Hikmət Hacıyev Aİ-nin komitə sədri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.

“Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsində üzv dövlətlərlə səmimi və açıq fikir mübadiləsinə görə Delfin Pronka təşəkkür edirəm”, - paylaşımda deyilir.


Xəbər xətti

14 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin