Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
20:51 - 21 May 2023
“Azerçay” 21 May Beynəlxalq Çay Günü münasibətilə silsilə tədbirlər həyata keçirib.
Manset.az xəbər verir ki, “Azerçay” markası “Kənd adamı” "YouTube" layihəsinin komandasının üzvlərini Masallıya dəvət edib.
Layihənin simaları doğma çayın yetişdirildiyi tarlada gül mürəbbəsi bişiriblər.
Eyni zamanda ana dilinə olan diqqət və qayğının bariz nümunəsi kimi, Azərbaycan dilinin doğru istifadəsinin təbliği məqsədilə məşhur “Grammar Azi” səhifəsi ilə əməkdaşlıq edilib və dilimizdə səhv işlədilən sözlərin düzəldilməsi, yazı səhvlərinin aradan qaldırılması, cəmiyyətin maarifləndirilməsi üçün maraqlı videoçarx hazırlanıb.
Bununla yanaşı, tanınmış aparıcı Fərid Rəsul “Yenə adi günlərdən biri” söyləyərək doğma çay markamız olan “Azerçay”ın yetişdirildiyi tarlaları ziyarət edərək çox maraqlı vloq hazırlayıb.
Qeyd edək ki, bir müddət öncə “Azerçay”ın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq berqamot məhsulu əkilib və ilk məhsul toplanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin