Havada böyük çaxnaşma: Təyyarənin qapısı açıldı və...

12:10 - 26 May 2023

Havada böyük çaxnaşma: Təyyarənin qapısı açıldı və...

Cənubi Koreyanın Daequ Beynəlxalq Hava Limanına enən təyyarənin qapısı açılıb. Bəzi sərnişinlərdə panika və nəfəs darlığı yaşanıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Ceju adasından 194 sərnişinlə havaya qalxan təyyarənin eniş zamanı naməlum səbəbdən qapısı açılıb.

Daegu Beynəlxalq Hava Limanı rəsmiləri tərəfindən verilən açıqlamada hadisənin təyyarə eniş edərkən baş verdiyi və təyyarənin hava limanına təhlükəsiz eniş etdiyi bildirilib.

Açıqlamada hadisə zamanı xəsarət alan olmadığı, bəzi sərnişinlərin panika və təngnəfəslik şikayətləri ilə xəstəxanalara göndərildiyi bildirilib.

Asiana Hava Yolları rəsmilərinin açıqlamasında, çıxışa yaxın oturan sərnişinlərdən birinin qapının dəstəyinə toxunması səbəbindən təyyarənin qapısının açılmış ola biləcəyi bildirilib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin