Yaşa görə pensiyalar artırılır - Nazir müavinindən AÇIQLAMA

11:39 - 2 İyun 2023

Yaşa görə pensiyalar artırılır - Nazir müavinindən AÇIQLAMA

“Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik”.

 

Manset.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında bildirib.

A.Kərimovun sözlərinə görə, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.

Nazir müavini xatırladıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub:

“Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin