Bütün bəşəriyyətin mənşəyi də o ölkədədir

20:37 - 13 İyun 2023

Bütün bəşəriyyətin mənşəyi də o ölkədədir

Yeni bir araşdırma bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır ki, bu da elm aləminin hələ də maraq dairəsindədir.

 

Manset.az xəbər verir ki, tədqiqatçılar indiyə qədər ən böyük insan nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.

Tüm insanlığın kökeni o ülkeye dayanıyor - Resim: 1

Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxardılar və tədqiqatçılar səkkiz müxtəlif verilənlər bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək nəhəng bir ailə ağacı yarada bilibər.

Tüm insanlığın kökeni o ülkeye dayanıyor - Resim: 2

Tədqiqatın aparıcı müəllifi Dr Enthony Wilder Wohns dedi: “Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik” deyə izah edib.

Tüm insanlığın kökeni o ülkeye dayanıyor - Resim: 3

Dr Wohns Reuters-ə araşdırma haqqında deyib: “Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alındı”.

Tüm insanlığın kökeni o ülkeye dayanıyor - Resim: 4

Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.

"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər" Dr Wohns deyib.

Tüm insanlığın kökeni o ülkeye dayanıyor - Resim: 5

Jalə

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin