Bu sahədə işləyənlər daha çox maaş alır - 4 min 315 manat (FOTO)

21:11 - 13 İyun 2023

Bu sahədə işləyənlər daha çox maaş alır - 4 min 315 manat (FOTO)

Xəbər verdiyimiz kimi, bu ilin ilk 4 ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 913,9 manat təşkil edib.

 

Manset.az Yeniavaz.com-a istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 714,9 manat, qeyri-neft sektorunda 860 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 min 314,6 manat, ən aşağı əmək haqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb - ayda 446,9 manat.
Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 693,2 manat, tikintidə 1 028,6 manat, maliyyə və sığorta sahəsində 2 485,3 manat, ticarət sektorunda 614,1 manat, informasiya və rabitə sahəsində 1 519,5 manat olub.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin