Honkonqa gedən təyyarə təcili Bakı aeroportuna eniş etdi

22:50 - 26 İyul 2023

Honkonqa gedən təyyarə təcili Bakı aeroportuna eniş etdi

"Cathay Pacific" aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Manset.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin